Ərzaqlar

Xəmir

Un

2,5 stəkan

Su

1 stəkan

Ilıq

Quru maya

1 ç.q

Bitki yağı

50 ml

Duz

1 ç.q

İçlik

Mal əti qiyməsi

300 q

Pomidor

2 Ədəd

orta

Bolqar bibəri

2

kiçik (zövqə görə acı və ya şirin)

Soğan

1 ədəd

iri

Sarımsaq

2 diş

Cəfəri

1/2 dəstə

Duz

1 ç.q

İstiot

1 ç.q

Paprika

1 ç.q

Pul bibər

1 ç.q

Ketçup

2 x.q

Tomat sousu

Hazırlanma qaydası:

Suya mayanı qatıb qarışdırın. Unu ələyin. Ortasında çuxur yaradım mayalı məhlulu, yağı və duzu qatıb xəmir yoğurun. Xəmiri 1,5- 2 saat ərzində isti yerdə saxlayın.

Lahmacun Lahmacun

2. Soğanı, sarımsağı, pomidoru, bibəri və cəfərini blenderdən keçirib ətə qatın. Ədviyyatları əlavə edib qarışdırın. İdealda hazır içlik 4 saat soyuducuda qalmalıdır. Amma saxlamasaz da olar. Ət su buraxacaq, narahat olmayın içliyin belə yaş olmasına görə o xəmir üzərində yaxşı yayılacaq.

3.Xəmiri 10 yerə bölün və kündələyin. Xəmiri yayacağınız səthi unlayın və kündəni 5 mm qalınlığında yayın. Lahmacunun diametri 18-25 sm arası olmalıdır.

4.Xəmirin üzərinə bir az ət qoyub əllə yayın. Lahmacunu tavada və ya sobada bişirmək olar. Lahmacunu orta odda xəmir qızarana kimi bişirmək lazımdır. İstənilən halda lahmacun odda bişmlidir. Onu elektrik sobada bişirmək tövsiyyə olunmur.

5.Hazır lahmacunları iki yerə qatlayıb buluda yığın. Limon və cəfəri ilə birgə isti isti süfrəyə verin.