Ингредиенты
Kütüm
1-2 ədəd
Qoz
300 q
Soğan
3 baş
Palçıq turşusu
3 x.q
Duz
1 ç.q
İstiot
1 ç.q
Sarıkök
1 ç.q
1. Balığı təmizləyin və yuyun. Soğanı soyun və ət çəkən maçın və ya blenderdən keçirin. Süzgəc vasitəsi ilə soğanıın suyunu süzün. Suyu sıxılmış soğanı üyüdülmüş qoz ləpəsi, "Palçıq" turşusu və ədviyyatlarla qarışdırın. İçlik hazırdır.
2. Kütümün üzərini və içini turşulayın, duzlayıb istiotlayın və ləvəngi ilə doldurun. İp və diş çöpləri ilə tikin ki, içlik bişən zaman tökülməsin.
3. Balıqları folqa və perqament kağızına büküb əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 30-40 dəq bişirin.
4. Hazır ləvəngini doğrayın və istənilən növ plovla süfrəyə verin.
1x400-500 kq