Ərzaqlar

Krab çubuqları ­

200 q

Konservləşdirilmiş qarğıdalı ­

100 q

Xama ­

100 q

Qırmızı bolqar bibəri ­

1 ədəd

Qaynadılmış yumurta ­

3 ədəd

Duz ­

1 çimdik

Yaşıl soğan

10 q

Şüyüt ­

10 q

Kahı

­20 q

1. Yumurtaları tam bişənədək qaynadın və soqyuq suda saxlayıb qabığını soyun. Qırmızı bibəri tumlardan təmizləyin və 1x1 ölçülü kublar şəklində doğrayıb iri qaba tökün. Yumurta və krab çubuqlarını da doğrayıb qaba əlavə edin. Salatı duzlayın, qarğıdalı və doğranılmış göyərti qatıb, qarışdırın. 

2. Hazır salatı 2 saat soyuducuda saxlayın. Daha sonra iri qaba kahı düzüb üzərinə krab çubuqları salatı qoyub süfrəyə verin.