Ərzaqlar

Un

2 Stəkan

Şəkər tozu

1 Stəkan

Qabartma tozu

1 ç.q

Duz

1 ç.q

Zəncəfil tozu

2 ç.q

Yumurta

2 ədəd

Süd

125 ml

Təzə dəmlənmiş qəhvə

125 ml

Bitki yağı

100 ml

Süd

2 Stəkan

Şəkər tozu

1,5 Stəkan

Yumurta sarısı

3 Ədəd

Buğda nişastası

2 x.q

Kərə yağı

200 q

Vanil cövhəri

1 ç.q

Bişirilmiş krem:

1. İlk növbədə kremi hazırlayın. Südü kiçik qazançada isidin və 0.5 stakan ilıq süd götürüb yumurta sarıları və şəkər kirşanı ilə yaxşıca qarışdırın ki kraxmal tam həll olunsun. Şəkər tozunu qazançada olan südə əlavə edib əridin..Süd qaynamağa başlayanda ora kraxmallı qarışımı əlavə edin və qarışdırın. Məhlul qaynamamalıdır. Taxta və ya silikon qaşıqla məhlulu qatılaşanadək orta odda qarışdırın. Krem sıyıq kimi olmalıdır. Hazır kremi soyudun.

2.İri qaba unu ələyin, şəkər tozu, duz, qabartma və zəncəfili qatıb qarışdırın. Üzərinə 2 yumurta, süd, bitki yağı və qəhvəni töküb qarışdırın. Xəmir biskvit xəmiri kimi axıcı olmalıdır. 

3. Xəmiri iki hissə bölüb iri sinilərdə 180 dərəcədə 25-30 dəq. bişirin. Hər listdəki korju 3 yumru korja bölün.

4. Korjlar soyuyana qədər otaq temperaturunda olan kərə yağını ağaracan vanillə birgə çalın. Çala-çala yağa qaşıqla bişirilmiş kremi əlavə edin. Krem hazırdır. 

5. Korjları kremləyib üst-üstə yığın. Tortun üzərinə və yanlarına da krem çəkin və kokosla örtün. Zövqə görə kremə də kokos əlavə etmək olar. Korjların qalıq hissələrində peçenye forması ilə yolka kəsin və diş çöpü vasitəsi ilə tortun üzərinə bərkidin. 

6. Tortu azı 2 saat soyuqda saxlayın və  süfrəyə verin.