Porsiyaların  sayı: 4;  hazırlama vaxtı: 20 dəqiqə

Bişirmə vaxtı: 10 dəqiqə

Tələb olunan ərzaqlar:

  • 6 böyük təmizlənmiş kök
  • ¼ stəkan limon suyu
  • 2 diş xırda doğranılmış sarımsaq
  • 2 çay qaşığı çörəkotu
  • ½ çay qaşığı qara istiot
  • 1 çay qaşığı duz
  • ¼ stəkan zeytun yağı
  • ¼ stəkan xırda doğranılmış cəfəri

Hazırlanma qaydası:

1. Böyük qazana su yığın və duz əlavə edin. Kökləri iki yerə bölüb qazana qoyun və tam bişənə gədər 8-10 dəqiqə qaynadın. Bişəndən sonra kökü soyudub, 6 santı uzunluğunda qalın-qalın doğrayın.

2. Ayrıca qabda limon suyunu, sarımsağı, tmini, istiotu və duzu qarışdırın. Bunların hamısnı asta-asta zeytun yağına tökün. Cəfərini və bişmiş kökü əlavə edərək, bir daha qarışdırın. Süfrəyə soyuq, və ya otaq temperaturunda gətirin.