Porsiyaların sayı: 2; Hazırlanma vaxtı: 45 dəq; Hazırlanma mürəkkəbliyi: orta.

Ərzaqlar

  • 100 ml Sezar sousu
  • 100 q çerri pomidoru
  • 1 ç.q rəndələnmiş parmezan
  • 1 ç.q bitki yağı
  • 10 q latuk salatı
  • 2 qaynadılmış və paşot üsulu ilə hazırlanmış yumurta
  • 100 q qızardlmış toyuq filesi
  • Bəzək üçün göyərti
  • Qurudulmuş çörək dilimləri

Sezar sousu üçün:

  • 4 x.q bitki yağı
  • 100 1 öz yağında ançous
  • 1 x.q vurşerster sousu
  • 1 x.q soy sousu
  • 1 ç.q dijon xardalı
  • 2 yumurta
  • 1 ç.q limon şirəsi
  • 2 x.q rəndələnmiş parmezan
  • 1 ç.q qaşığı xardal
  • 1-2 diş sarımsaq
  • 1 x.q zeytun yağı

Hazırlanma qaydası

Bütün ərzaqları qarışdırıb Sezar sousu hazırlayın.

Digər qabda latuk salatı, çerri pomidorlarını Sezar sousu ilə qarışdırmaq.

Salatı boşqablara qoyub, parmezan, göyərti, qızardılmış toyuq əti, çörək qırıntıları və yumurtanı əlavə edin.

Əgər yuxarıda sadalanan ərzaqların tapılmasında çətinlik çəkirsinizsə o zaman aşağıdakı videoreseptə göstərilən Sezarı hazırlaya bilərsiz.