Ərzaqlar

Toyuq filesi

2 ədəd

Kərə yağı

160 q

Un

60 q

Suxari

140 q

Yumurta

2 ədəd

Süd

100 ml

Duz

1/2 ç.q

Qara istiot

1/2 ç.q

təzə üyüdülmüş

Cəfəri

20 q

Şüyüd ilə əvəz etmək olar

Bitki yağı

300 ml

Hazırlanma qaydası:

1. Toyuğun döş ətinin dərisini çıxartmaq və alt hissəsi yuxarı vəziyyətdə doğrama taxtasının üzərinə qoyub fileni uzununa iti bıcaqla kəsmək. Sona qədər kəsməyin ki vərəq kimi aça biləsiniz.

Fileni qida plyonkası ilə örtüb mətbəx çəkici ilə döyün. 

2. Cəfərini xırda doğrayıb yumşaq kərə yağı ilə qarışdırın və duzlayın. Çay qaşıqları vasitəsi ilə içlikdən yumrular hazırlayın və 5-10 dəq bərkiməsi üçün buzlama dolabına qoyun. 

3. Buz dolabından çıxarılan içliyi toyuq filesinə bükün, diqqət edin ki yağ yaxşı bükülsün, əks halda bişirilmə zamanı yağ tökülə bilər. İçərində yağ olan kotletləri 5 dəq biz dolabında saxlayın.

4. Kotletlər soyuducuda bərkiyənədək yumurtaları süd ilə çalın.  Ayrı-ayrı qablara un və suxarini tökün. Soyuducudan çıxarılan kotletləri ilk növbədə unlayın, yumurta və suxariyə batırın, daha sonra bir daha yumurta və suxariyə batırın.

5. Sobanı 200 °С isidin. Tavada bitki yağını qızdırıb kotletləri 5 dq ərzində qızılı qabıq yaranana kimi qızardın. Daha sonra 10-15 dəq sobada bişirin. 

6. Hazır kotletləri tərəvəz salatı və ya düyü ilə servis edin.