Bu klassik ketçup resepti istənilən ərzaqlarla istifadə oluna bilər: pasta, pizza, fri-kartofu, toyuq qanadları və s. Hazırlanmada asan olan sousun saxlama müddətidə uzundur. Əsas odur soyuducuda saxlayın

Tələb olunan ərzaqlar: 

  • 1 kq pomidor
  • 2 baş soğan
  • 1 çimdik qara istiot
  • 1 çimdik zəncəfir
  • 1 çimdik darçın
  • 1 çimdik mixək
  • 1 çimdik tərxun
  • 1 çimdik kərəviz
  • Bibər (zövgə görə şirin və ya acı)
  • 2 diş sarımsaq
  • alma sirkəsi
  • duz
  • şəkər

Hazırlanma qaydası

Pomidorları soyub doğramaq və orta odda 1-2 saat pörtlətmək. Hazır pomidorları rəndələmək və ya blenderdən keçirmək.

Alınan məhlula alma sirkəsi və ədviyyatarı əlavə etmək. (Ədviyyatları əvvəlcədən üyütmək lazımdır.)

Soğanı rəndələmək və hazır sousa əlavə etmək. Zövgə görə duz və şəkər əlavə edib bir neçə dəqiqə ərzində qaynatmaq olar.