100 ml su üçün 8 q qəhvə istifadə olunur.

Qəhvə dənələrini üyüdün və alınan tozu turkaya əlavə edin. Zövqə görə duz və  ədviyyat əlavə edin. Daha sonra qaynanmış soyuq su əlavə edin. Turkanı kiçik odda saxlayın. Tələsməyin qəhvə nə qədər asta və sakit dəmlənsə bir o qədər dolğun dada malik olacaq.

Qəhvə qalxanda onu odun üstündən götürün və 30 saniyədən sonra yenidən odun üzərinə qaytarın. Maye 3 dəfə qalxmalıdır. Nəzarət edin ki, qəhvə qaynamasın. Köpük qalxan zaman turkanı odun üzərindən götürmək vacibdir. Əgər köpük tökülsə o zaman qəhvənin dadı qaçacaq.  Ona görə mətbəxtdən heç yerə getməyin və daim qəhvəyə nəzarət edin.

Əgər içkinin daha şəffaf olmasını istəyirsinizsə o zaman odn üzərindən götürən kimi qarışdırın.

Ideal qəhvə dəmləmək üçün 8 qayda

  1. Qəhvənin hazırlanması üçün qaynanmış su lazımdır.
  2. Qəhvə dənələri məhz dəmləmədən əvvəl üyüdüləndə ətirli olur.
  3. Dənələr nə qədər çox qızardılsa qəhvə bir o qədər tünd olacaq.
  4. Turka – qəhvənin dəmlənməsi üçün əla seçimdir. Bu qabın geniş dibi ona tez isinməyə, dar boğazı isə qəhvə ətirini uzun müddət saxlamağa imkan verir.
  5. Duz qəhvənin ətirini və dadını daha da gücləndirir.
  6. Turkaya su tökməmişdən əvvəl qəhvəyə üyüdülmüş zəncəfil əlavə edin.
  7. Qəhvə üçün əla ədviyyatlar sırasına darçın, anis, hil və istiot da daxildir. Limon və apelsin qabığındanda istifadə etmək olar.
  8. Bütün ədviyyatlar sudan əvvəl əlavə olunmalıdır.