Ərzaqlar

Maya üçün

Su

100 ml

ilıq olmalıdır

Quru maya

1 ç.q

Un

1 ç.q

Şəkər tozu

1-2 ç.q

Xəmir üçün

Un

3 Stəkan

Kərə yağı

50 q

Yumşalmış

Süd

100 ml

Yumurta

1 ədəd

Duz

1 ç.q

Bitki yağı

1 x.q

İçlik

Sosiska

18 Ədəd

1. Stəkanda ilıq su, şəkər tozu, maya və unu qarışdırın və 10 dəq isti yerdə saxlayın. !0 dəqiqəyə stəkanın üzərində köpük əmələ gələcək.

2. Hazır mayanı xəmiri yoğuracağınız qaba tökün, süd, yumşaq kərə yağı yumurta əlavə edib qarışdırın. 

3. Tam qarışdırılan məhlula unu ələyin, duz qatın və elastik xəmir yoğurun. Xəmiri dayanmadan 10 dəqiqə ərzində yoğurmaq lazımdır. Daha sonra qabın divarlarını bitki yağı ilə yağlayıb xəmiri 2 saat ərzində gəlməyə qoyun. 

3. Gəlmiş xəmiri 18 hissəyə bölün və kündələyin. 10 -15 dəq saxlayın ki kündələr yumşalsın. Daha sonra hər kündəni əlinizlə yastılayın və içərisinə 1 və 1/2 sosika qoyub xəmirin qıraqlarını birləşdirin. 

4. Sobanı 180 dərəcə qızdırın. Soba listini yağlayın. Hot-doqları 2 sm arasında məsafə olmaqla listə düzün. 20-30 dəq. şişməsi üçün saxlayın. Yumurtanın sarısını 1 ç.q bitki yağı və bir çimdik sarı kök ilə qarışdırın və fırça ilə hot-doqların üzərinə sürtün.

5. Hoq-doqları 180 dərəcədə 10-15 dəq. ərzində bişirin.