Tələb olunan ərzaqlar
Heyva
5-6 Ədəd
Quzu əti
300 q
Soğan
1 baş
Şabalıd
100 q
Şüyüd
1/2 dəstə
Duz
1 ç.q
Darçın
1 ç.q
Zövqə görə
Qara istiot
1 ç.q
Su və ya bulyon
150 ml
Ərinmiş kərə yağı
100 ml
1.Heyvaların başını kəsin və içini elə çıxarın ki, meyvənin daxilimdə dələ yaransın. Heyvanın içərisində çıxarılmış hissəsini tumlardan təmizləyin və xırda doğrayın. Doğranılmış heyva bizə içlik üçün lazım olacaq.
2. Şabalıdın küt hissəsini azacıq kəsib suya qoyun və qaynadın. 5-10 dəq bişirdikdən sonra sudan çıxarın və qabığını təmizləyin.
3. Tavada ərinmiş yağı isidib quzu və ya digər sevdiyiniz növ ət qiyməsini azacıq qızardın. Üzərinə soğan əlavə edib yumşalacağına qədər qızardın. Daha sonra içliyə doğranılmış şabalıd, heyva və şüyüdü qatın. Duzlayın, istiotlayın, zövqə görə darçın da tökə bilərsiniz. İçliyə azca su və ya bulyon qatıb 10-15 dəq. kiçik odda bişirin.
4. Hazır içliyi heyvaların içinə yığın və "papaqları" ilə örtün. Üzərinə əridilmiş kərə yağı və su və ya bulyonu töküb heyvalar yumşalacan asta odda təqribən 40-60 dəq. bişirin.