Ərzaqlar

Sous üçün

Mayonez

1/2 stəkan

Balzamik sirkə

2 ç.q

Bal

1 x.q

Qara istiot

1/4 ç.q

Hamburqer üçün:

Ananas

8 dilim

Qırmızı bolqar bibəri

1 ədəd

iri

Mal əti qiyməsi

500 q

Duz

1/2 ç.q

İstiot

1/2 ç.q

Holland pendiri

4 dilim

Kərə yağı

2 x.q

Hamburqer çörəyi

4 ədəd

Qırmızı soğan

1/2 ədəd

Yaşıl salat

8 yarpaq

HAZIRLANMA QAYDASI

1. Sousu hazırlamaq üçün mayonez, sirkə, bal və istiotu qarışdırın. 30 dəqiqə soyuducuda saxlayın. 

Sous
Sous

2. Qrill tavada ananas və bolqar bibəri dilimlərini asta odda üzərində zolaqlar əmələ gələnə kimi qızardın.  (Onları həmçinin adi tavadan  qızılı rəngəcən qızartmaq olar - red.)

Qızardılan ananas və bolqar bibəri
Qızardılan ananas və bolqar bibəri

3. Mal əti farşını duzlayın və istiotlayın, 4 bərabər hissəyə bölün və kotlet formasına salın. Tavada bir qaşıq kərə yağını əridib koteltləri bişənədək qızardın. Hazır kotletlərin üzərinə 1 dilim holland pendiri qoyub əridin.

Kotlet
Kotlet

4. Hamburqer üçün çörəklərin arasını bölün. Təmiz tavada 1 qaşıq yağı əridib çörəklərin iç tərəfini 2 dəq. ərzində qızardın.  Hər çörəyin üzərinə sous çəkin, kotlet, 2 ananas dilimi, bolqar bibəri, nazik doğranılmış qırmızı soğan və salatı yerləşdirin. Burgerin üzərinə çörəyin ikinci yarısı ilə örtün. 

Yarımhazır hamburger
Yarımhazır hamburger

5. Hamburqerləri sousla servis edin.

Hazır hamburqer
Hazır hamburqer

Foto: Thepioneerwoman

Hamburqer üçün çörəkləri ev şəraitində də hazırlaya bilərsiniz.