Ərzaqlar

Zeytun yağı

2 x.q

Şampinyon

200 q

Qaynadılmış yumurta

3 Ədəd

Şüyüd

1/2 dəstə

Sarımsaq

1 diş

Xama

2 x.q

Duz

1 çimdik

İstiot

1/2 ç.q

Bəzək üçün

Qara zeytun

2 ədəd

Soğan

1 ədəd

kiçik ölçüdə

Göbələklərin qabığını soyun və xırda doğrayın. Tavada zeytun yağını isidib göbələkləri əlavə edin və tam bişənədək qızardın.

Qaynadılmış yumurtanın qabığını soyun və ağını sarısından ayırın. Bunun üçün yumurtanı şaquli vəziyyətdə saxlayaraq mərkəzini ziqzaqvari kəsin və sarısını çıxarın. Sarıları ayrıca qaba qoyun, üzərinə doğranılmış süyüd, əzilmiş sarımsaq, duz, istiot və xama qatıb qarışdırın. 

Yumurtanın ağının içərisinə 1 ç.q içlik qoyub üzərini digər hissə ilə bağlayın.

Cücələrin gözlərini qara zeytundan, pipiyini isə soğan qabığından düzəldə bilərsiniz.