Ərzaqlar

Un

375 q

Qabartma tozu

2 ç.q

Yumurta

2 ədəd

Kərə yağı

150 q

Otaq temperaturunda

Şəkər tozu

200 q

Süd

125 ml

Kərə yağı

85 q

Qəhvəyi şəkər tozu

170 q

Gilas

500 q

İstənilən digər giləmeyvə ilə əvəz edə bilərsiniz

Hazırlanma qaydası:

1. 85 q kərə yağını və qəhvəyi şəkər tozunu tam həll olunana qədər əridin. 

2. Bişirmə formasına tökün. 

3. Albalıları məhlulun üzərinə düzün.

4.Yumurtaların ağlarını sarılarından ayırın.

5. Ağları bərk köpük halına qədər mikserlə yaxşı çalın.

6.  Yumurta sarılarını şəkər tozu, yumşaq kərə yağı və süd ilə çalın. Üzərinə un və qabartma tozunu əlavə edib yaxşıca qarışdırın. 

7. Çalınmış yumurta ağlarını xəmirə əlavə edin. 

8. Xəmiri albalıların üzərinə tökün. 

9. Qızdırılmış sobada  (180 °C) 45-50  dəqiqə bişirin.

10. Piroqu bəzəkli boşqaba qoyub süfrəyə verin.