Tələb olunan ərzaqlar

Un

5,5 Stəkan

Süd

1 Stəkan

Su

1 Stəkan

Şəkər tozu

1 x.q

Kərə yağı

2 x.q

Duz

1 ç.q

Maya

11 q

Yumurtanın sarısı

1 Ədəd

Küncüt

2 x.q

İlıq süd və suyu qarışdırıb şəkər tozu, maya və duz əlavə edin.

Köpüklənəndən sonra mayeyə yumşaq kərə yağı əlavə edin.

Üzərinə un töküb yumşaq xəmir yoğurun.

Qabı yağlayıb xəmiri 1 saat isti yerdə saxlayın. Bu zaman ərzində xəmir 2 dəfə şişəcək.

Hazır xəmiri 10-12 hissəyə ayırın və kündələyin.

Soba listini azca yağlayın və kündələri yerləşdirin. Kündələri azacıq əlinizlə basıb ideal yumru formaya gətirin.

Daha 30 dəq şişməsi üçün saxlayın.

Şişmiş bulkaların üzərinə bitki yağı ilə qarışdırılmış yumurta sarısı çəkin.Küncüt səpin.

200 dərəcədə 10-15 dəq bişirin.

Hazır bulkaları soyudub hamburger üçün istifadə edə bilərsiniz.

Klassik hamburgerlə kotlet, kahı, pomidor və pendir dilimlərindən ibarət olur. Sous kimi ketçup və mayonezdən istifadə edə bilərsiniz. Azca turşu xıyar və ya göbələkdə əlavə etmək olar.