TƏLƏB OLUNAN ƏRZAQLAR:
Blinçik üçün:
İçlik:
HAZIRLANMA QAYDASI:

Blinçik üçün:
- 300 ml ilıq süd
- 2 yumurta
- 2 x.q. bitki yağı
- 1 x.q şəkər tozu
- ½ x.q duz
- 180 q un
- 120 ml qaynar su
İçlik:
- 400 q mal əti
- 1 soğan
- 2 q zeytun yağı
- 1 dəstə şüyüd və ya cəfəri
- 4–5 x. konservləşdirilimiş qarğıdalı
- Duz, istiot
HAZIRLANMA QAYDASI:
- Blinçik üçün süd, yumurta, yağ, şəkər tozu və duzu qarışdırmaq. Məhlulu qarşdırmağa davam edərək ələnmiş unu qatmaq. Qaynar suyu əlavə edərək tez qarışdırmaq. 15-30 dəg. saxladıqdan sonra blinçikləri bişirmək. Bunun üçün tavanı isidib bir çömçə xəmir toküb tavaya yaymaq lazımdır. Teflon tavadan istifadə etmək tövsiyyə olunur ki, blinçiklər yapışmasın.

- İçlik üçün əti xırda xırda doğramaq və ət çəkən maşından keçirmək.
- Soğanı doğramaq və zeytun yağında qızılı rəngə gədər 4-5 dəg qızartmaq.
- Başqa bir tavada yağı qızdırıb əti qovurmaq lazımdır.
- Hazır ətə doğranmış şüyüd, qızardılmış soğan, qarğıdalı, duz və istiotu qatılır və qarışıdırlır.
- İçliyi blinçikin üzərinə qoyub konvert formasında bükmək lazımdır. İçlikli blinçikləri yağlanmış listə yığıb 220 dərəcə qızdırılmış sobaya qoyub 10-15 dəg. ərzində qızartmaq lazımdır.Blinçiklər süfrəyə sousla verilə bilər.