Ləzzətli qutablar əsil xəmirdən alınır, lavaşdan deyil! Lavaşdan da əlbətdə ki istifadə etmək olar, amma xəmir yoğurmağın, incə xəmir açmağın öz yeri var. Əsil xanımlar bunu yaxşı bilir

Xəmir

Un

500 q

Su

1 1/2 Stəkan

Yumurta

1 ədəd

Duz

1 ç.q

İçlik

Mal əti qiyməsi

500 q

Soğan

2 ədəd

Duz

1 ç.q

İstiot

1 ç.q

Nar

1 ədəd

zirinclə əvəz etmək olar

Hazırlanma qaydası:

Yumrtaya su və duz qatıb qarışdırın..Apardığı qədər un qatıb elastik xəmir yoğurun..Xəmir 10-15 dəq. istirahət etməlidir 🙂

Əti və soğanı ət maşınından keçirdin. Duzlayıb istiotlayın.

Xəmiri 8 hissəyə ayırmaq və kündələmək lazımdır..0,5 qalınlığında yayıb bir tərəfinə içlik qoyun…üzərinə nar və ya zirinc səpin və bükün..Qutabları isti çuqun tavada hər iki tərəfini qızardın..Hazır Qutabları yağıayıb üst-üstə yığın..

Üzərinə sumax səpib masaya verin.