Blinçikin resepti bizə Rusiyadan gəlib, amma bir çox ölkələrdə buna bənzər reseptlər var və hər mətbəxtdə o bir cür adlanır. Blinçikləri içlikli və içliksiz hazırlamaq olar. Sadə blinçiklər adətən xama, mürəbbə və ya cemlə yeyilir. Kəsmikli blinçikləri isə bir çoxx xanımlar desert kimi təqdim edirlər. Blinçikin arasına ət qoyub büksəz isə alınacaq doyumlu bir yemək. Itli blinçikləri bir dəfəlik çox miqdarda hazırlayıb buz dolabına da yerləşdirmək olar. İşgüzar xanımlar belə edirlər. bazar günü hazırlayıb dondurduqları blinçiki həftə ərzində isidib süfrəyə verirlər. Əl verişli üsuldur. Blinçiklərin hazırlanması bir o qədərdə çətin deyil. Əsas onları qızardarkən səbrdir. Qızartma prosesini tez qurtarmaq istəyirsinizdə iki tavadan istifadə edə bilərsiz. Əsas odur tavanın dibi yapışmasın.. və unutmayın ruslar demişkən – первый блин всегда комом🙂

Ərzaqlar

Süd

1 l

Yumurta

3 ədəd

Şəkər tozu

1 x.q

Bitki yağı

50 ml

Duz

1 ç.q

Çay sodası

1/2 ç.q

İçlik

Mal əti qiyməsi

500 q

Soğan

2 ədəd

Orta ölçüdə

Uzun düyü

1/2 stəkan

Duz

1 ç.q

İstiot

1/2 ç.q

Hazırlanma qaydası:

Südə yumurtaları, duzu, şəkər tozunu əlavə edib çalmaq. Alınan məhlula unu tökmək və bir daha yaxşı qarışdırmaq. Qarışdırmağı davam edərək bitki yağını əlavə etmək. Xəmirdə un yumurcaqlarının qalmaması vacibdir.  Xəmir qatı ayran kimi olmalıdır. Hazır xəmiri 30 dəq. otaq temperaturunda saxlamaq lazımdır.

İçlik:

Mal ətini ətçəkən maşından keçirmək. Tavada bitki yağında əti pörtlətmək üzərinə soğan əlavə etmək və 5 dəq. ərzində qızartmağa davam etmək. 5 dəq. sonra tavaya bir stəkan su əlavə etmək və qapağını örtmək. hazır ətə duzlu suda qaynadılmış və suyu süzülmüş düyünü qatmaq. Zövgə görə duz, istiot, sarı kök əlavə etmək. İçlik üçün həmçinin əti əvvəlcə qaynadıb sonra ətçəkən maşından keçirtmək olar.

 Teflon dibi olan tavanı isitmək və çömçə ilə xəmiri götürüb tava tökmək. Blinçik tarazlı yayılması üçün tavanı silkələmək. Blinçik azca, qızılı rənq alana kimi qızardılmalıdır. Bir üzünü qızartmaq yetərlidir. Blinçiklərin qızardılması üçün ideal tava ölçüsü – 13 sm-dir.

Blinçikin qızardılmış hissəsinə bir qaşıq içlik qoyub onu konvert şəklində bükmək lazımdır. Hazır blinçikləri tavada az miqdarda birki yağı qızdırıb qızartmaq olar. Bükülmüş blinçikləri həmçinin buz dolabında 2 həftəyə qədər saxlamaq olar.