Porsiyaların sayı: 10; Hazırlanma vaxtı: 2 saat; Hazırlanma mürəkkəbliyi: orta.

Ərzaqlar:

Xəmir üçün:

1 ədəd yumurta 

150 ml su 

1/2 ç.q duz

2,5 stəkan un 

İçlik üçün:

300 q qoyun əti

50 q quyruq

1 baş soğan 

duz, istiot

1/2 ç.q sarıkök

Hazırlanma qaydası:

  1. Əvvəlcə xəmir hazırlayın, bunun üçün iri qaba yumurtanı sındırın, soyuq su, un və duz əlavə edib xəmir yoğurun. Xəmir azı 10 dəq dincəlməlidir. Bundan sonra xəmir elastik və yumşaq olacaq. 
  2. İçlik üçün qoyun ətini, quyruğu və soğanı ət çəkən maşından keçirin. Yaxşıca qarışdırın və zövqünüzə uyğun duzlayıb istiotlayın.
  3. Xəmiri 6-8 hissəyə bölün, kündələyin və unlayıb oxlovla 0,5 sm qalınlığında yayın. Yayılmış xəmiri ölçüsü 3x3sm olan dördkünclərə bölün. Hər dörküncün mərkəzinə bir çimdik ət qoyun. Dördküncü iki yerə qatlayıb uclarını birləşdirin. Hazır düşbərələri unlayın. 
  4. Qazanda suyu qaynadın. Duzlayın, düşbərələri əlavə edin və 12-16 dəq. ərzində orta odda bişirin. Alınan bulyona sarıkök əlavə edin. 
  5. Hazır düşbərəni boşqaba tökün və nanə və sirkə ilə servis edin.