Sous- istənilən əsas yemək və ya qarnir üçün nəzərdə tutulan duru ədviyyatdır. Əvvəllər souslar qidaya duzlu ədviyyat kimi qatılırdı. Məsələm Yaponiyada soy sousunu duz əvəzinə istifadə edirlər. Sousları təkcə hazır yeməklərdə deyil, ərzaqların bişirlməsi zamanıda istifadə etmək olar – bir çox ərzaqları sousda qızardırlar, sous altında bişirirlər. Adətən sousların tərkibinə tərəvəzlər, bulyonlar, ədviyyatlar olur.

Souslar dadına, rənginə və hazırlanma qaydasına görə fərqlənirlər. Onlar əsasən tərkibində olan əsas komponentə görə adlanırlar (soğanlı, şokoladlı, xardallı, portağallı və s.); reseptin müəllifi və ya ümumiyyətlə tanınmış insana görə (beşamel, subiz, mayonez, kolber və s.); ölkəyə görə (holland, provansal, normand, lion və s.).

Hər bir ölkənin özünə məxsus sousu var: gürcü tkemalisi, yunan dzazikisi, həmçinin bütün dünyada tanınan xarda və mayonez Fransadan və ingilislərin icad etdiyi ketçup.

a-zcook.com əsas sousları təqdim edir:

MAYONEZ

Demək olar ki, dünyada ən məçhur sousdur. Onun adını Mayon şəhəri ilə əlaqəndirirlər. Şəhərin mühasirəyə alındığı vaxt ərzaqlar tükənirmiş və yeməyin dadını fərqli etmək üçün hersoq Rişelye nə isə yeni bir şey hazırlamaq qərarına gəlir. O yumurta sarılarını şəkər tozu, duz və limon şirəsi ilə qarışdırıb ora zeytun yağı əlavə edir. Beləcə şəhərin şərəfinə adlanan orijinal dada malik sous alınır.

Mayonez
Mayonez

KETÇUP

Təəcüblü olsa da, ketçupun vətəni Çin hesab olunur. Məhz buradan sous İngiltərəyə gətirilib. İlk əvvəl ketçupun tərkibinə ançouslar, göbələk, lobiya və qoz daxil olub. Yalnız iki əsir sonra naməlu aşbaz sousa pomidor əlavə edərək onu müasir ketçupa yaxın edir. Zamanla pomidorlar ketçupun digər inqrediyentləri sıxışdırıb. Müasir ketçupun tərkibi isə alman emiqrant Henri Haynsa məxsusdur – o sousa kraxmal və ədviyyatlar əlavə edib.

Ketçup
Ketçup

TABASKO

Tabaskonun vətəni Amerika, Eyveri Aylend adalardır. Sous üçün yerli mədənlərdən çıxarılan duzdan və acı qırmızı tabasko bibərindən istifadə olunur. Hindu dilindən tərcümədə «Tabasko» “nəm torpaq ölkəsi” deməkdir. Əsil tabasko üçün duz bu gün də Eyveri Aylend mədənlərindən götürülür. Bibərlər xüsusi istixanalarda becərdilir, məhsul əllə yığılır. Bibər və duzu qarışdırırlar və 3 il ərzində ağ palıddan olan çəlləklərdə saxlayırlar. Daha sonra sous bibər tumlarından və qabıqdan təmizlənir və bir ay ərzində ağ sirkə ilə qarışdırılır. Nəticədə acı bibərli sous alınır.

“Tabasko” təkcə Amerikada deyil, həmçinin İngiltərədə də populyardır. Kraliça Yelizaveta bu sousu çox sevir. Tabasko həmçinin “Qanlı Meri” kokteylinin əsas inqrediyentlərindəndir.

tabasco
tabasco

VUSTERŞIR SOUSU

Vusterşır və ya Vuster sousu Vusterşir qraflığı şərəfinə adlandırılıb. Sous sirkə, şəkər və balıq əsasında hazırlanır. XIX əsrin ikinci yarısında yaranan sous o vaxtda populyarlaşıb. Bu tərkibinə 20 komponent daxil olan ənənəvi İngiltərə turş-şirin sousudur. Sousu qızardılmış və pörtlənmiş ət yeməklərində, isti qəlyanaltılarda, soyutma və qızartma balıq yeməkləri həmçinin bastırma balıq filesi ilə istifadə edirlər.

Sous çox qatı olduğundan ondan 2-5 damcı istifadə olunur. Vuster susunun tərkibinə fərqli komponentlər daxildir: tomat pastası, qoz, şampinyon ekstraktı, soğan, sarımsaq, qara istiot, ançous, karri, çili bibəri, ətirli istiot, limon şirəsi, kərəviz, zəncəfir, cövüz, tərxun, duz, şəkər və şirə, çaxır və ya portveyn, ət bulyonu, sirkə və su.

Vusterşir sousu
Vusterşir sousu

TKEMALİ

Balıq, ət və quş yeməkləri ilə istifadə olunan ən məşhur sous. Sous həmçinin kartof və makaron məmulatları ilə də yaxşı tutuşur. Tkemali gürcüstanın rəmzləırindən biri olan gəvalıdan hazırlanır. Gəvalıdan başqa tkemalinin tərkibinə sarımsaq və müxtəlif göyərtilər daxildir. Sous çox sadə hazırlanır – gəvalının tkemali növü tumsuz və qabıqsız bişirilir, qaydadığı suda əzilir və qarışdırılı. Əzilmiş sarımsaq, göyərti, düz, istiot əlavə olunur və qaynadılır. Soyuyandan sonra sous hazır hesab edilir.

Tkemali
Tkemali

QUAKAMOLE

Meksika mətbəxinə aid və tərkibinə görə sousu xatırladan yemək. Ənənəvi olaraq sous avokado, limon şirəsi və duzdan ibarət olur. Adətən bura pomidor, istiot və digər ədviyyatlar əlavə olunur. Quakamole sözü atsteklərin dilindən götürülüb, bu sous əsasən Meksika və İspaniyada məşhurdur. Quakamole qarğıdalı çipsləri ilə yeyilir və istənilən yeməyin yanında təqdim edilə bilər. Bu sosus ən faydalılardandır və əsasən vegetarianlar və sağlam həyat tərzinə üstünlük verənlər tərəfindən sevilir.

Guacamole
Guacamole

PESTO

Pesto – italyan dilindən tərcümədə “əzmək” deməkdir. İtaliya mətbəxinin ən populyar sousu olan pestonu zeytun yağı, reyhan və pendirdən hazırlıyırlar. Təzə reyhanı qozla birgə əzillər və zeytun yağı, sarımsaq, rəndələnmiş parmezanla qarışdırırlar. Sous spagetti, balıq və brusketta üçün ideal əlavədir.

Pesto
Pesto

BOLONYEZ

İtaliya pastası üçün nəzərdə tutulan Bolonyez sousunun vətəni Bolonyadır. Makaron məmulatları üçün ən gözəl sous olan Bolonyezin ənənəvi tərkib hissələri – ət, bekon, soğan, kök, kərəviz, tomat pastası, ət bulyonu və qırmızı çaxırdır. Sousa süd və ya qaymaq da əlavə etmək olar.

Bolonyez
Bolonyez

BEŞAMEL

Beşamel — məşhur fransız sousudur. Süd, un və yağdan haırlanır. Lazanya, julyen və suflenin hazırlanmasında əvəzolunmazdır.

Beshamel
Beshamel

TARTAR

Fransada “Tatar sayağı sous” (Tartar sözü belə tərcümə edilir) adı altında qaynadalmış yumurta sarısı, göy soğan və bitki yağından ibarət məhlula deyilir.

Adətən bu sous balıq və dəniz məhsulları yeməkləri, steyk, soyuq ət ilə yeyilir.

Tartarı hazırlama üçün əvvlcə yumurta sarısı duz, qara istiot, limon şirəsi və üzüm sirkəsi ilə qarışdırılır. Sonra məhlula damcı damcı zeytun yağı əlavə edilərək qarışdırılır. Doğranılmış göy soğan ən sonda əlavə olunur. Daha sadə reseptdə yumurta sarısı göy soğanla qarışdırılır və mayonez əlavə olunur. Sousu acılı etmək üçün duzlu xıyar, soğan və sarımsaq əlavə etmək olar.

Tartar
Tartar

MİN ADA

Salatlar və hamburgerlər üçün nəzərdə tutulan klassik amerika sayağı sous. Sousun əsas komponentləri mayonez, ketçup və paprikadır. Ədviyyat qismində qırmızı istiot və çili sousu əlavə oluna bilər. Sousa həmçinin doğranmış “pikuli” (xırda duzlu tərəvəzlərin assortisi), soğan, zeytun və qaynadılmış yumurta əlavə etmək olar. Sousun adı onun ilk dəfə təqdim olunduğu ərazidən götürülüb.

1000 islands
1000 islands

SOY SOUSU

Soy sousundan çinlilər artıq 3000 ildir ki istifadə edirlər. Həmin zamandan onun hazırlanma texnologiyası dəyişməyib: soy lobiyaları suda qaynadılır və unla qarışdırılıb duzlanır. Sonra sousu uzun müddət ərzində acıdırlar: 40 gündən- 2-3 ilədək. Lobiyaların buraxdığı şirə zamanla qaralır. Soy sousu orqanizmin üçün çox faydalıdır, çünkü tərkibində dəmir, sink, B qrupuna aid vitaminlər və çox aminturşuları var.

Soy sousu
Soy sousu