Ərzaqlar

Xəmir

Un

300 kq

Kərə yağı

150 q

15 dəq. soyuducunun buz dolabında saxlanılmalıdır

Yumurtanın sarısı

2 Ədəd

1 bütöv yumurta və ya soyuq su ilə əvəz etmək olar

Xama

1 x.q

Xama əvəzinə 1 yumurtanın sarısını qatmaq olar

Duz

1/2 ç.q

İçlik

Mal əti qiyməsi

500 q

Soğan

2 Ədəd

Orta ölçüdə

Duz

1 ç.q

Qara istiot

1/2 ç.q

Göy soğan

1 dəstə

Əgər dəstə qalındırsa onun yarısını istifadə edin

Yumurta

2 Ədəd

Yumurtalar qaynadılmalıdır

Bitki yağı

2 x.q

Hazırlanma qaydası:

Xəmir üçün:

1. Unla duzu ələyin, doğranılmış soyuq kərə yağı əlavə edib mətbəx kombaynı və bıcaq vasitəsi ilə döyün. Unla yağ xırda qırıntı halına gətirilməlidir.

2.Bir-bir yumurta sarılarını əlavə edib xəmiri qarışdırın. (70 ml soyuq su və ya bütov yumurta ilə əvəz edə bilərsiniz).

3.Xəmir qatı, ovulan və yaxşı formalaşan olmalıdır. Əgər xəmir həddindən artıq ovulur və forma saxlamırsa bir az xama qata bilərsiniz.   

4.Hazır xəmiri şar halına salın, qida plyonkası ilə bağlayın və 1 saatlıq soyuducuya qoyun.

İçlik:

1. Soğanı soyun və xırda doğrayın. Bitki yağını tavada qızdırın və soğanı 5 dəq qızılı rənq alana kimi qızardın. 

2. Qiyməni soğanın üzərinə əlavə edib, qarışdırıb tavanın qapağını örtün və 20 dəq ərzində orta odda bişirin, arada qapağı açıb əti qarışdırmaq lazımdır. 

3. Yumurtaları qaynadın və qabığını soyun. Göy soğanı təmizləyib yuyun. Yumurta ilə göy soğanı doğrayıb içliyə əlavə edin. Zövqə görə içliyi duzlayıb istiotlamaq olar. 

Piroq: 

Sobanı 200 dərəcə qızdırın, daha sonra dərəcəni azaldıb 180 edin. Xəmiri soyuducudan çıxardın və biri digərindən 2 dəfə balaca olmaqla iki hissəyə bölün və kündələyin. İri kündəni unlanmış səth üzərində oxlov vasitəsi ilə 0,5 - 0,75 sm qalınlığında 40-45 diametr ölçüsündə yayın.

30 sm diametri olan soba üçün formanı bitki yağı ilə yağlayın. Xəmiri formaya yerləşdirin və qıraqlarını qaldırın. Soyumuş içliyi xəmirin üzərinə yerləşdirin və piroqun qıraqların mərkəzə doğru qatlayın. Qıraqlar piroqun üzərinə 3 sm "çıxmalıdır" (videoda izləyin)

Qalan xəmirdən müxtəlif fiqurlar və ya sadə zolaqlar kəsib piroqun üzərini bəzəyin. 

Bir yumurta sarısına 1 ç.q bitki yağı və 1/4 ç.q  sarıkök qatıb qarışdırın və bu məhlulu piroqun üzərinə çəkin.

Piroqu 40 dəq. ərzində 180 dərəcədə bişirin. Mütəmadi olaraq yoxlayın ki üstü və ya altı yanmasın.

Süfrəyə qatıq və ya tərəvəzlərdən hazırlanmış sadə salatla verin.  

Ətli piroq