Bu sous qızardılmış toyuq qanadları üçün idealdır. Sousu qanadların süfrəyə verilməsinə az qalmış hazırlamaq məsləhət görülür.

Tələb olunan ərzaqlar:

  • 60 qr  kərə yağı
  • 2 x.q. qəhvəyi şəkər tozu
  • 3 x.q. tomat pastası
  • 1 x.q. çili sousu (zövgə görə)
  • 1 diş sarımsağ
  • Duz istiot

Hazırlanma qadası:

Orta od üstündə qazancada kərə yağını şəkər tozu ilə əridirik.

Məhlul qaynamağa başlayanda tomat pastası və çili sousunu əlavə edirik.

Sonra sarımsağ və zövgə görə duz istiot qatırıq. Sousu qaynatmaq olmaz.