Tələb olunan ərzaqlar:

  •     Zeytun yağı- 2 x.q.
  •     sarımsaq – 2 diş
  •     soğan – 1 baş
  •     kök – 1 ədəd
  •     kərəviz – 1 saplaq
  •     qırmızı çaxır – 375 ml.
  •     çəkilmiş mal əti – 500 qr.
  •     ət bulyonu – 500 ml.
  •     şəkər – 1 ç.q.
  •     Konservləşmiş və ya təzə pomidor – 850 qr.
  •     doğranmış cəfəri – 3 x.q.
  •     sürtqəcdən keçirilən parmezan, duz və istiot zövqə görə

Hazırlanma qaydası:

1. Böyük tavada zeytun yağını qızdıraraq ora xırda doğranmış sarımsaq, soğan, kök və kərəvizi əlavə edib 5 dəg. ərzində tərəvəzlərin yumşalmasına gədər qovurun.

2.Tavanın altını artırın və əti əlavə edin. Əti qarışdırıb bulyon, çaxır, pomidorlar, şəkər və cəfərini əlavə edin. Qaynama həddinə çatdırıb, tavanın altını azaldın və 1,5 saat qapaq altında pörtlədin. Sonda ədviyyatları əlavə edin.

3. Servisdən əvvəl sevdiyiniz növ spagettini qaynadıb suyunu süzün. Spagettini bolonyez sousu və parmezanla birgə masaya verin.

Qeyd:  Parmezanı istənilən bərk növ pendirlə əvəz etmək olar.