TƏLƏB OLUNAN ƏRZAQLAR:

300 q peçenye

150 q şit yağı

4 x/q kakao

250 q qaymaqlı pendir

100 q şəkər kirşanı

200 q şokolad

100 q qaymaq




 

HAZIRLANMA QAYDASI:

Birincisi, tortun korjunu hazırlamaq lazımdı. Bunun üçün şit yağını əridin, peçenyeni isə blenderdə xırdalayın. Dərin qaba yağı, xırdalanmış peçenyeni və kakaonu əlavə edərək yaxşıca qarışdırın.

Alınan məhlulu bişmə formasına tökərək, onu biçaqnan hamarlayın. Hazır korju soyuducuya qoyun.

Asta-asta şəkər kirşanını əlavə edərək, qaymaqlı pendiri mikserlə çalın.

Şokoladı su hamamında əridin. Bir az soyudandan sonra qaymaqlı pendirin içinə yavaşca tökün. Alınan məhlulu yaxşıca qarışdırın.

Ayrıca qabda qaymağı  çalın. Bundan sonra, onu şokoladla qarışdırın.

Korju soyuducudan çıxarın. Şokoladı onun üzərinə tökün və yayın. Tort qalın olmalıdır.

Şokoladlı tort hazırdı. Onu 4-5 saat soyuducuda saxlayın. Süfrəyə gətirərkən, tortu meyvə və ya qoz-fındıqla bəzəyə bilərsiniz.

Nuş olsun!

(c):AdMe