Ərzaqlar

Xəmir üçün:

Un

1 Stəkan

Kərə yağı

100 q

Duz

1 ç.q

Yumurta sarısı

1 ədəd

Krem və içlik üçün:

Süd

200 ml

Un

1 x.q

Kərə yağı

200 q

Yumurta sarısı

1 Ədəd

Şəkər tozu

200 q

Banan

2 Ədəd

Şokolad

100 q

1. Otaq temperaturunda olan yağı qabda çəngəllə əzin və unu və duzu əlavə edib iri qırıntı halına qədər qarışdırın. Yumurtanın sarısını əlavə edib xəmir yoğurun. Çalışın ki çox yoğurmayasınız, xəmiri sadəcə bütov şar formasına salmaq kifayyətdir. Xəniri sellofan paketə qoyub 1-2 saat soyuducuda saxlayın. Vaxtınız azdırsa 30 dəq. buz dolabında saxlamaq da kifayyətdir.

2.Sobanı 190 C dərəcə isidin. Xəmiri soyuducudan çıxarın və kündələrə bölün İşləyəcəyiniz səthin üzərini unlayın. Kündəni unlayıb 0.5 qalınlığında yayın. Tartalet formalarınızın ölçüsünə uyğun xəmirdən yumru hissələr kəsin. Formaları azca yağlayıb unlayın. Xəmiri formaya yerləşdirin və astaca üstündən basın və çəngəllə deşiklər açın. Tartaletləri 10 dəq ərzində qızılı rənq alana kimi sobada bişitin. Hazır tartaletləri soyudun.

Tartaletlər yarı-hazır vəziyyətdə
Tartaletlər yarı-hazır vəziyyətdə

3. Kremi hazırlayın: Südə şəkər tozunu qatıb kiçik odda şəkər tozu tam həll olunana kimi qarışdıra-qarışdıra bişirin. Ayrı qabda yumurta sarısı və unu qarışdırın. Qarışdırmaq çətindirsə 1 x.q süd əlavə edin. Məhlulu qaynar südə əlavə edib qatılaşana kimi bişirin. Qatılaşan kremi oddan götürün və soyudun. 

4. Yumşalmış kərə yağını mikser vasitəsi ilə çalın. Yağa bişirilmiş südü qaşıq qaşıq əlavə edin və çalmağa davam edin. Nəticədə yüngül krem alınmalıdır. 

Hazır tartaletlər və bişirilmiş krem
Hazır tartaletlər və bişirilmiş krem

5. Soyumuş tartaletlərin içini bişirilmiş krem ilə doldurub üzərinə rəndələnmiş doğranılmış banan düzün və əridilmiş şokoladla bəzəyin.

Tartaletlərin üzərinə düzülmüş bananlar
Tartaletlərin üzərinə düzülmüş bananlar