Tələb olunan ərzaqlar

Balqabaq

300 q

Soğan

1 baş

Sarımsaq

1-2 diş

Kök

1 ədəd

Cəfəri

1/2 dəstə

Kərə yağı

20 q

Duz

1/2 ç.q

İstiot

1/2 ç.q 

Sarıkök

1/2 ç.q 

Darçın

1/2 ç.q

Qırmızı istiot

1/2 ç.q

1. Kərə yağını qazançada əridin və doğranılmış sarımsağı 2 dəq. ərzində qızardın. 

2. Soğanı və kökü doğrayın və qazana əlavə edin. Qızılı rəng alana kimi qızardın.

3. Kub şəklində doğranılmış balqabağı qazana əlavə edin və bir az qovurun. Ədviyyatları qatın.

4. Balqabaq yumşalmağa başlayanda bulyonu tökün və qazanın qapağını örtüb asta odda 30 dəq.balqabaq tam yumşalana qədər bişirin. 

5. Hazır şorbanı blenderlə krem halına gətirin. Hər qaba zövgə görə balqabaq tumu, doğranılmış cəfəri və sarımsaqlı suxari əlavə edib süfrəyə verin.