Ərzaqlar

Qara üçün

Çolpa

1 ədəd

Soğan

1 ədəd

Kərə yağı

50 q 

Duz

1/2 ç.q

Üyüdülmüş qara istiot

1/2 ç.q

Sarı kök

1/2 ç.q

Plov üçün

Düyü

2,5 stəkan 

Kərə yağı  

100 q

Duz

2 x.q

Su

3 lt

Zəfəran

3 q

Kişmiş

200 q

Bal

1 x.q

Balqabaq

1 ədəd

1. Çolpanı yuyun və orta hissələrə bölün. Tavada yağı qızdırın və yarımhalqa şəklində incə doğranılmış soğanı töküb qızardın.

Soğan
Soğan

Yarıbişmiş soğanın üzərinə toyuqu qoyun və  qızılı rəngə qədər qızardın.  Ədviyyatları qatın və 5 dəq pörtlədib altını söndürün.

Toyuq
Toyuq

2. Düyünü suda şəffaf olanadək yuyun. Təmiz düyünün üzərinə duzlu su töküb bir saat saxlayın. Zəfəranı hazırlayın – bir çimdik zəfəranın üzərinə qaynar su töküb dəmləyin. Böyük qazanda suyu  qaynadın. Duz əlavə edib düyünü qaynayan suya tökün. Yarı-hazır vəziyyətədək qaynadın ki, düyü üzdən yumşaq, içəridən isə bərk olsun. Düyünü  süzün.

3.Kişmişi təmizləyin və yuyun. Düyünün qaynar suyundan 1-2 çömçə üzərinə tökün və qoyun yumşalsın.

kişmiş
kişmiş

Yumşalmış kişmişi süzülən aşa qatıb qarışdırın.

Düyü və kişmiş
Düyü və kişmiş

4.Balğabağın üst hissəsini qapaq kimi kəsin və içini qaşıqla təmizləyin. Əgər balqabaq kifayət qədər şirin deyilsə içərisinə bal sürtə bilərsiniz.

balqabaq
balqabaq

Balqabağın dibinə çolpa hissələrini yığın, üzərinə əridilmiş kərə yağı töküb aşı əlavə etməyə başlayın.

Toyuq
Toyuq

Aşı tökə-tökə yağlayın. Sonda balqabağın ağzını örtün və üzərini yağlayın.

Balqabağı folqaya büküb 180 C qızdırımış sobaya qoyun. Aşı sobaya qoyub temperaturu 160 dərəcəyədək azaldın. Aş iki saat və ya balqabaq tam bişənək sobada qalmalıdır.