Ərzaqlar

Badımcan

3 ədəd

iri

Duz

2 x.q

Bitki yağı

2-3 x.q

İçlik

Mayonez

100 ml

Qoz

100 q

Şüyüd

1/2 dəstə

Sarımsaq

1-2 diş

Duz

1/2 ç.q

İstiot

1/4 ç.q

Badımcan ruletləri

1. Badımcanların qabığını soyun və uzununa doğrayın. Badımcan dilimlərinin üzərinə duz səpib acısı tam çıxana qədər saxlayın.

2. İçlik üçün mayonez, xırda doğranılmış qoz, şüyüd və sarımsağı qarışdırın. Zövgə görə duz və istiot əlavə edin.

3. Acısı çıxan badımcan dilimlərini astaca sıxın və qızdırılmış bitki yağında qızılı rəngə qədər qızardın. Qızardılmış badımcanları soyudun.

4. Soyumuş badımcan dilimlərinin üzərinə 1 ç.q içlik qoyub rulet şəklində bükün. Soyuducuda 1-2 saat saxlayandan sonra süfrəyə verə bilərsiniz.