Ərzaqlar

Xəmir üçün: 

 Süd

300 ml

Kərə yağı 

150 q

Yumurta

3 ədəd

Xama

100 q

Limon turşusu

1/2 ç.q

Duz

1 ç.q  

Maya

1 ç.q

Un

1 kq

Kərə yağı

400 q

yağlamaq üçün

İçlik üçün:

Badam

300 q

Şəkər tozu

300 q

Yumurta ağı

1 ədəd

Üyüdülmüş hil

1 ç.q

1. 100 ml. südü isidin və 1 ç.q qaşığı maya töküb 10 dəq saxlayın ki köpsün. Kərə yağını əridin və limon turşusu qatıb qarışdırın. Unu ələyin və üzərinə duz əlavə edib mərkəzində quyucuq açın və ora köpmüş mayanı, 2 yumurta, əridilmiş kərə yağını, xamanı və südü töküb yumşaq xəmir yoğurun. Xəmir azı 2 saat acımalıdır.

2. İçlik üçün qabıqsız badamı qızılı rəngə qədər tavada və ya sobada qovurun və rəndələyin. Bunun üçün blenderdən və ya sürkəcli maşından istifadə edə bilərsiniz. Badamı şəkər tozu və hilnən qarışdırın. Ayrı qabda 1 yumurta ağını bərk köpük alınanacan çalın. İçliyi çalınmış yumurta ağı ilə qarışdırın. Hazırdır :)

4. Qəlmiş xəmiri 10 bərabər hissəyə bölün və 0.5 sm qalınlığında yayın. İşlədiyiniz yeri unlayın və yayılmış xəmiri qoyub əlinizlə astaca dartın. Bu proseduru tez yerinə yetirmək lazımdır ki, xəmir quruyub, cırılmasın. Hər layı əridilmiş kərə yağı ilə yağlamaq lazımdır. Sonuncu layı yağlamaq lazım deyil - bu lay yapışdırıcı olacaq. Xəmiri ilk növbədə iri rulet kimi bükürük, daha sonra isə 30 hissəyə bölürük, hər hissənin eni 3 sm-dən az olmamalıdır.                        

5. Hissələri qatları yuxarı vəziyyətdə döndərin, mərkəzində dəlik yaradıb uzunsov formaya salın, içliyi yerləşdirin və kənarlarını bağlayın. Badamburaları bağlı hissəsi aşağı çevirib yağlanmış perqament kağızının üzərinə düzün. Badamburanı əvvəlcədən qızdırılmış sobada 20-25 dəq. ərzində 160 dərəcədə bişirin. Badamburanın altı qızaran kimi sobanı  söndürün və 5 dəqiqədən sonra hazır badamburaları sobadan çıxarın. Badambura soyuyandan sonra üzərinə şəkər kirşanı səpmək olar. 

Hazır badamburanı 1 həftə ərzində ağzı bağlı qabda saxlamaq olar.