Porsiyaların sayı: 4; hazırlama vaxtı - 38 dəqiqə; mürəkkəblik - orta.

Tələb olunan ərzaqlar:

Salat üçün:

  • 1 böyük təmizlənmiş kök
  • 3 stəkan doğranılmış kələm
  • 2 xorək qaşığı doğranılmış nanə
  • 300 qram nazik doğranılmış toyuğun ağ əti
  • 1/2 stəkan  doğranılmış qızardılmış badam
  • 1 xorək qaşığı qızardılmış küncüd toxumu
  • 3 stəkan doğranılmış kahı
  • 1 ədəd təmizlənmiş nazik doğranılmış qırmızı şirin bibər

Sous üçün:

  • 1/4 stəkan duru yağ
  • 2 xorək qaşığı soya sousu
  • 2 xorək qaşığı düyü sirkəsi
  • 1/2 çay  qaşığı şəkər tozu
  • 1 çimdik duz
  • 1 çimdik istiot

Hazırlanma qaydası:

Salat üçün: Kökü təmizləyərək, böyük salat qabına yerləşdirin. Üzərinə kələmi, kahını, bibəri, nanəni, toyuq ətini, badamı və küncüd toxumunu əlavə edərək, yaxşıca qarışdırın.

Sous üçün: Balaca qabda yağı, soya sousunu, sirkəni və şəkər tozunu çalın. əlavə dad üçün, duz və istiotdan istifadə edin.

Sousu salatın üstünə əlavə edərək qarışdırın. Ərzaqların dadının  qarışması üçün 10 dəqiqə saxlayın. Daha sonra süfrəyə verə bilərsiniz.