Ərzaqlar

Yumurta

2 ədəd

Şəkər tozu

150 kq

Süd

1 stəkan

Un

1 stəkan

Qabartma tozu

5 q

Vanil

5 q

Kakao

2 x.q

Qara şokolad

100 q

Şokoladlı pudinq

1 bağlama

Bitki yağı

2 x.q

1. Yumurtaların sarısını ağından ayırın. Ağları bir çimdik duz ilə mikserlə dayanıqlı köpüklərə qədər çalın.

2. Yumurtaların sarılarını şəkər tozu ilə tam həll olunana qədər qarışdırın. Süd, yumurtanın ağıarını, un, qabartma tozu və vanil əlavə edib xəmiri hazırlayın. 

3. Tavada bitki yağını isidin və xəmiri çömçə ilə isti tavaya tökün. Hər iki tərəfini asta odda 1-2 dəqiqə əzində qızardın. Pankeykləri üst-üstə yığın.

Kərə yağı, mürəbbə, cem, şokolad sousu və ya istədiyiniz digər sousla süfrəyə verin.