Tələb olunan ərzaqlar

Xəmir üçün:

Un

140 г

Kərə yağı

70 г

Yumurta sarısı

1 шт

Soyuq su

25 мл

Duz

1/2 ч.л.

Qabartma tozu

1/2 ч.л.

İçlik üçün

Şəkər tozu

350 q

Kərə yağı

50 q

Alma

6 ədəd

Darçın

1/2 ç.q.

Limon şirəsi

30 ml

1. Şəkərli xəmir hazırlayın. Masanın üzərinə 140 q. un ələyin və soyuq kərə yağı əlavə edib iri iti bıcaqla xırda-xırda doğrayın. 

2. Bir ədəd yumurta sarısı əlavə edib qarışdırın. Soyuq su ilə qatıb xəmir yoğurun. Xəmiri perqamentə bürüyüb soyuducuya və 30 dəq. saxlayın.  

3. Karameli hazırlayın. Qalın dibli tavanı asta od üzərinə qoyun və şəkər tozunu az-az tökərək qarışdırın və əridin. Yağ qatın və karamel bişirin.  

4. Almaların qabığını soyun, içini təmizləyin və dilimlərə bölün. Alma dilimlərini darçınla qarışdırın. 

5. Karamelə almanı tökün və qarışdırın.

6. Xəmiri soyuducudan çıxarın və 25-26 sm diametrdə yayın. 

7. Formanı yağlayın və karamelli almaları tökün. Üzərinə xəmiri qoyub qıraqlarını içliyin altına salın. 

8. Tartı 180 dərəcədə 20 dəq. bişirin.

9. 20 dəq. sonra tartı sobadan çıxarın. Soyudun və boşqaba qoyun. Tartın üzərinə zövqə görə doğranılmış qoz tökə bilərsiniz.