Ərzaqlar

Xəmir üçün:

Qatıq

150 ml

Su

150 ml

Un

6 stəkan

Kərə yağı

6 x. q.

Quru maya

10 q

Duz

1 ç. q.

Şəkər tozu

3 ç. q.

İçlik

Suluquni pendiri

150 q

Brınza

150 q

Yumurta

4-6 ədəd

Göyərti

1/2 dəstə

zövgə görə

Kərə yağı

50 q

zövgə görə

Acariya sayağı xaçapuri

Hazırlanma qaydası: 

1. İri qabda qatıq, su, əridilmiş kərə yağı, maya, şəkər tozu və duzu qarışdırırıq. Üzərinə unu ələyib yumşaq xəmir yoğururuq. Hazır xəmir iki saat isti yerdə saxlanılmalıdır. Əgər xaçapurini səhər yeməyi üçün hazırlayırsınızsa o zaman xəmiri axşamnanda yoğura bilərsiniz. Eyni qaydada 2 saat ərzində gələn xəmiri soyuducuya qoyub səhər ondan istifadə edəbilərsiz. 

2. İçlik üçün suluquni pendirini rəndələyin və rəndələnmiş brınza ilə qarışdırın. Əslində bu xaçapuriyə istənilən orta sərt pendir əlavə edə bilərsiniz. Zövgünüzə görə bu yerli İvanovka, İsmayıllı və ya Naxçıvan pendiri ola bilər. 

3. Xəmiri 4-6 yerə bölüb qalın yayın, təqribən 20-25 sm diametrdə. Xəmirin qıraqlarını burub uclarını birləşdirin və gəmi halına gətirin. (videoya baxın). Hazır gəmiləri yağlanmış bişirmə kağızı ilə örtülən soba listinə qoyun. Üzərinə pendir əlavə edin və içlikdə yumurta üçün dəlik yaradın qıraqlarını yumurtalayın. 220 dərəcə qızdırılmış sobada 15-18 dəq ərzində bişirin. 

4. 15 dəq. sonra xaçapuriləri çıxardın və hərəsinin içinə yumurta sındırın. Yumurtaları asta sındırmaq lazımdır ki, sarısı bütov qalsın. Yumurta bişənə kimi sobada saxlayın. 

5. Hazır xaçapurini isti-isti kərə yağı il yağlayın və zövgə görə üzərinə göyərti tökün.