Ərzaqlar

Çuğundur

3 ədəd

orta ölçüdə

Kartof

4 ədəd

orta ölçüdə

Kök

4 ədəd

orta ölçüdə

Yumurta

4 ədəd

Duzlu xıyar

2 ədəd

orta ölçüdə

Siyənək balığı

300 q

Qırmızı soğan

1 ədəd

Kiçik ölçüdə

Mayonez

300 ml

Duz

1 ç.q

Cəfəri

1 dəstə

Yumurta və tərəvəzləri bişirmək, soyutmaq və qabığını soymaq. Duzlu xıyar və soğandan başqa bütün tərəvəzləri rəndələməq və arasına mayonez çəkərək lay lay dayaz boşqaba yığmaq lazımdır. Duzlu xıyarı və soğanə incə doğrayın.

Laylar belə ardıcıllıqda olmalıdır: Kartof - siyənək balığı - soğan - kök - yumurta - duzlu xıyar - çuğundur. Bu ardıcıllıqda tərəvəzlər bitənə kimi layları üst-üstə yığın. Layları duzlamağı unutmayın.

 Hazır salatın üzərini xırda doğranılmış cəfəri ilə bəzəyin. Zövqə görə cəfərini salatın laylarının arasına da səpmək olar.