Ərzaqlar

  • 500 q hazır qat-qat xəmir
  • 2 stakan süd
  • 1,5 stəkan şəkər tozu
  • 2 yumurta sarısı
  • 3 x.q qarğıdalı kraxmalı
  • 200 q kərə yağı
  • vanil
  • 2 x.q şəkər kirşanı

Hazırlanma qaydası:

İlk növbədə kremi hazırlayın. Südü kiçik qazançada isidin və 0.5 stakan ilıq süd götürüb yumurta sarıları və şəkər kirşanı ilə yaxşıca qarışdırın ki kraxmal tam həll olunsun. Şəkər tozunu qazançada olan südə əlavə edib əridin..Süd qaynamağa başlayanda ora kraxmallı qarışımı əlavə edin və qarışdırın. Məhlul qaynamamalıdır. Taxta və ya silikon qaşıqla məhlulu qatılaşanadək orta odda qarışdırın. Krem sıyıq kimi olmalıdır. Hazır kremi soyudun.

2. Qat-Qat xəmiri həm mağazadan ala,  həm də evdə bu reseptə görə hazırlaya bilərsiniz.

Sobanı 180 C qızdırın. Xəmiri 12 hissəyə bölün və kündələyin. Kündələrdən ikisi o birilərindən bir az iri olmalıdır. Bu alt və üst korjlar olacaq. 

Xəmiri yayacağınız səthi unlayın, kündələri 0.5 sm qalınlığında yayın. Yayılmış xəmirdən səliqəli düzbucaq kəsin. Bunun üçün A5 formatında kağızdan istifadə edə bilərsiniz. Kağızı xəmirin üzərinə qoyub iti bıcaqla qıraqlarını kəsin. Düzbucaq xəmiri dibinə bişirmə kağızı salınan soba formasına qoyun, xəmir kəsiklərini qıraqlarına yerləşdirin. Yaymanın üzərini çəngəllə deşin ki bişən zaman şişməsin. Korjları 180 dərəcədə 10 dəq və ya qızılı rəng alana kimi bişirin.

Eyni üsulla daha 11 korju bişirin və soyudun. Xəmir kəsiklərino dəunutmayın-onlar sonda lazım olacaq.

3. Otaq temperaturunda olan kərə yağını mikserlə ağarana kimi çalın. Çalmağa davam edərək bişirilmiş kremi asta-asta yağa əlabə edin.Məhlul yaxşı çalındıqdan sonra kremə 1 bağlama vanil tozu qatıb qarışdırın.

4. Tortun təqdim olunacağı qabın dibinə 2 x.q krem çəkib ilk korju qoyun və üzərinə krem çəkib digər korju yerləşdirin. Hər korju yaxşı kremləmək və üst üstə yığmaq lazımdır. Sonda qalın korju qoyub üzərinə nazik lay krem sürtmək lazımdır.

bişmiş xəmir kəsiklərini əlinizlə ovub qırıntılara çeviron. Həmin qırıntılarla tortun üstünü və yanlarını bəzəyin.                        

Tortu 1-2 saat soyuducuda saxlamaq olar. Süfrəyə verməmişdən əvvəl üzərinə şəkər kirşanı səpin.

Qeyd: Xəmir kəsikləri korjlara nisbətən daha quru olsun deyə, onları sonda daha 5 dəq sobada qızartmaq olar.